DİM: Yüksək hərarəti olan 5 şagird imtahana buraxılmayıb

DİM: Yüksək hərarəti olan 5 şagird imtahana buraxılmayıb İmtahanlar yenə də pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub.
İştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 5 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyunun 11-də 18 şəhər və rayonda ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. İmtahanların təşkil edilməsi üçün 80 imtahan binası, 1324 imtahan zalı, 80 ümumi imtahan rəhbəri, 222 imtahan rəhbəri, 1718 nəzarətçi–müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi ayrılıb.

Tehsil-press.az

Oxşar xəbərlər