BDU-nun nəzdindəki İqtisadiyyat və Humanitar Kollecdə “Məzun günü”

BDU-nun nəzdindəki İqtisadiyyat və Humanitar Kollecdə “Məzun günü” Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki İqtisadiyyat və Humanitar Kollecdə “Məzun günü” keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən şəhidlərin xatirəsi yad olunub.
Tədbirdə İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova kollecdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən danışıb.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edib, məzunlara tövsiyələrini verib, onlara uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər