Pedaqoji Universitet təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

Pedaqoji Universitet təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə birgə 2021/2022-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir.
Sənəd qəbulu təkrar ali təhsil üzrə ibtidai sinif müəllimliyi (əyani - rus bölməsi), məktəbəqədər təhsil (əyani - rus bölməsi), yenidənhazırlanma təhsili üzrə musiqi müəllimliyi (əyani - Azərbaycan bölməsi), təsviri incəsənət müəllimliyi (əyani - Azərbaycan bölməsi) ixtisaslar üzrə aparılır.
Müraciət etmək üçün sənədlərin qəbulu avqustun 26-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər