UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir

UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.
Əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.
İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər.
Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.
Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.

Tehsil-press.az


Oxşar xəbərlər