Ermənistanda siyasətçinin ərinin maşını partladıldı

Ermənistanda siyasətçinin ərinin maşını partladıldı Ermənistanda müxalif siyasətçi Zarui Postancanyanın həyat yoldaşı Suren Drampyanın avtomobili partladılıb.
Postancanyanın sözlərinə görə, hadisə paytaxt İrəvanda, onların evlərinin həyətində naməlum şəxslər tərəfindən törədilib.
“Ərimin şəxsi düşmənləri yoxdur və biz bu insidentin mənim siyasi fəaliyyətim ilə əlaqəli olduğunu hesab edirik”, - deyə Postancanyan qeyd edib.
Onun fikrincə, avtomobilin partladılması hazırki hökumətin işidir və o, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Tehsil-press.az



Oxşar xəbərlər