Yeddi polis Trampı məhkəməyə verib

Yeddi polis Trampı məhkəməyə verib Kapitoli polisinin yeddi əməkdaşı ABŞ-ın keçmiş prezidenti Donald Trampı məhkəməyə verib.
Asayiş keçikçiləri siyasətçini Vaşinqtondakı 6 yanvar hadisələri öncədən planlaşdırmaqda ittiham ediblər.
Onların sözlərinə görə, Tramp xeyli müddət ərzində prezident seçkilərinin saxtalaşdırılması haqqında əsassız bəyənatlar verərək, öz tərəfdarlarını aqressiv hərəkətlərə sövq edib. Nəticədə acıqlı kütlə Kapitoliyə hücum çəkib.
Qeyd edək ki, bundan öncə də sözügedən hadisələrlə bağlı Trampa qarşı məhkəmə iddiası irəli sürülüb.

Tehsil-press.az


Oxşar xəbərlər