
Görüşdə M.Babanlı müasir dünyada təhsilin mühüm rolundan danışıb, tələbələrə bu sahədə yeni nailiyyətlər arzulayıb, onlara tövsiyələrini verib.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edib.
UFAZ-ın baş katibi Şarlotta Payen yay məktəbi barədə məlumat verib, tələbələrin iki həftə müddətində yay məktəbində səmərəli tədris-təcrübə keçəcəklərini bildirib.
Sonra tələbələrin sualları cavablandırılıb.
ADNSU-nun Mətbuat Xidməti

