Prezident Orxanla Lamiyəni təbrik etdi

Prezident Orxanla Lamiyəni təbrik etdi Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançıları təbrik edib.
Dövlət başçısı bununla bağlı rəsmi tvitter hesabında paylaşım edib.
“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”, - deyə Prezident qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər