.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev kişilər arasında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçulara medalları təqdim edib. Bu çəki dərəcəsində qızıl medalı Azərbaycan taevandoçusu Milad Beygi Harçeqani qazanıb.
Prezident İlham Əliyev həmçinin kişilər arasında +87 kq çəki dərəcəsində qalib gələn taekvandoçulara da medalları təqdim edib. Bu çəki dərəcəsində qızıl medalı Azərbaycan taevandoçusu Radik İsayev qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.










Təhsil-press.az