
Muzeyin bir qrup əməkdaşı beynəlxalq tədbirdə maraqlı məruzələrlə çıxış edib. Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, muzeyşünaslıq sahələrini əhatə edən məruzələr iştirakçılara slayd nümayişləri ilə təqdim olunub.
Muzeyin Mətbuat və informasiya şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlunun “Azərbaycan xalqının məcburi köç faciəsi “Xəzərin göz yaşları”nda”, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi Gülnar Əqiqin “Qacarlar sarayının İrəvandan olan tarixi şəxsiyyətləri”, Mədəni irs və mənbəşünaslıq şöbəsinin kiçik elmi işçisi Gülsəba Həsənovanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ölkə xaricindəki memoriallar və heykəllərin yaradılmasındakı fəaliyyəti”, Ədəbi mərasimlər və ictimai nəşrlər şöbəsinin böyük laborantı Zarema İbrahimovanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və onun zəngin ekspozisiyası” mövzusunda məruzələri maraqla qarşılanıb.
Tehsil-press.az