
Bunu AKP sədrinin müavini Binəli Yıldırım deyib.
“Beləliklə, 6 dövlət tamhüquqlu üzv olacaq. Təşkilatın adı da dəyişəcək və “Türk Dövlətləri Təşkilatı” olacaq. Bu, quruma daha böyük məna qazandıracaq. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tam üzv olacaq. Macarıstan başda olmaqla, 15 ölkə müşahidəçi üzv olmağı gözləyir. Regiona maraq gündən-günə artır. Zəngin təbii ehtiyatları, münbit və məhsuldar torpaqları ilə bölgənin əhəmiyyəti getdikcə bütün dünya tərəfindən görülür”, - deyə Yıldırım qeyd edib.
Tehsil-press.az