Pakistanda şiddətli yağışlar həyatı iflic etdi - Video

Pakistanda şiddətli yağışlar həyatı iflic etdi - Video Pakistanın Karaçi şəhərində yağan şiddətli yağışlar həyatı iflic edib.
Evləri və iş yerlərini su basıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.
Şəhərin müxtəlif bölgələrində yollarda daşqınlar əmələ gəlib.
Şiddətli yağışlar səbəbindən çox sayda maşını sel suları aparıb, nəqliyyat bəzi yerlərdə dayanıb.
Rəsmilər yağışların davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.



Tehsil-press.az

Oxşar xəbərlər