Azərbaycan xalqı Böyük Zəfərin addım səslərini Şuşa şəhərinin işğaldan azad edildiyi ilk anlarda eşitdi

Azərbaycan xalqı Böyük Zəfərin addım səslərini Şuşa şəhərinin işğaldan azad edildiyi ilk anlarda eşitdi Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-2 fakültəsi 27 sentyabr – Anım Gününə həsr olunan tədbir təşkil edib.
Tədbirdə fakültənin dekanı dosent Salman Nuriyev Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatlarından və qazandığı möhtəşəm Qələbədən bəhs edib. Vurğulanıb ki, Qələbəmizin başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası idi.
İngilis dili və üslubiyyatı kafedrasının müdiri Mehriban Hüseynova diqqətə çatdırıb ki, Azərbaycan xalqı Böyük Zəfərin ilk addım səslərini Qarabağın incisi sayılan, musiqi, mədəniyyət beşiyi olan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk anlarda eşitdi. Məhz bu qədim yurdun xilası ilə bizim Qələbəmizə yol açıldı.
Şəhid leytenant Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova qeyd edib ki, qürur və kədər hissini birlikdə yaşayır. Kədərlidir ona görə ki, həyat yoldaşını itirib. Qürurludur ona görə ki, onun həyat yoldaşı şəhidlik zirvəsinə ucalıb.
Tədbir tələbələrin çıxışları ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər