İnternet problemini həll etmək istəyərkən öldü

İnternet problemini həll etmək istəyərkən öldü Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.
Şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.
Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər