Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib

Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreyaşünaslıq Akademiyasının təşkilatı dəstəyi ilə Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib. Tədbir ADU-nun rektor məsləhətçisi Anar Osmanlının açılış nitqi ilə başlayıb, ardınca Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirinin müşaviri Lee Je Vunq tədbir iştirakçılarını salamlayıb.
Tədbirin birinci hissəsində öncədən müsabiqə yolu seçilmiş 6 nəfər tələbənin inşalarının təqdimatı keçirilib. ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbələri olan Fidan Talıbova, Sevinc Quliyeva, BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Aynurə Allahyarova, 3-cü kurs tələbəsi Ayişən Məcidli, ADPU-nun İbtidai təhsil fakultəsinin 2-ci kurs tələbəsi Nəzrin Təmirova və UNEC-in Beynəlxalq iqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi olan Orxan Bayramov Koreya haqda müxtəlif mövzularda çıxış ediblər. İnşalarının təqdimatının ardınca tədbir müxtəlif musiqi və rəqs nömrələri ilə davam edib.
Tədbirin ikinci hissəsində Koreyaşünaslıq üzrə viktorina keçirilib. Müsabiqəyə ümumilikdə 16 nəfər iştirakçı qatılıb. Final da daxil olmaqla 4 mərhələdən ibarət olan gərgin yarışmanın sonunda BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Aynurə Allahyarova 1-ci yer, ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Yemən Əzizzadə 2-ci yer, Rauf Hüseynov 3-cü yer, BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Aytac Muxtarova və ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Fəridə Əlixanlı 4-cü yeri tutub.
Tədbir zamanı Koreyaya dair müxtəlif rəsm əsərləri və əl işləri nümayiş olunub və Koreya milli mətbəxinin təamlarından biri olan Kimbap da qonaqlara təqdim olunub.

ADU-nun Mtbuat Xidmti


Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilibKoreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilibKoreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilibKoreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib

Oxşar xəbərlər