UNEC-də vebinar: Azərbaycanda müstəqillik illərində sosial-iqtisadi inkişafın xarakterik cəhətləri

UNEC-də vebinar: Azərbaycanda müstəqillik illərində sosial-iqtisadi inkişafın xarakterik cəhətləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan vebinar keçirilib.
Tədbirdə İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri professor Məhiş Əhmədov müstəqillik illərində ölkəmizin keçdiyi uğurlu inkişaf yolu və sosial-inkişaf konsepsiyası barədə məlumat verərək, milli iqtisadiyyatımızın dünyada tanınan tənzimləmə modelindən bəhs edib.
Sonra mövzu ilə bağlı İqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi Səbuhi Tanrıverdiyev çıxış edərək Azərbaycanda müstəqillik illərində azad bazar iqtisadiyyatının formalaşması, kiçik və orta sahibkarlığın ilkin hüquqi bazasının yaradılması, torpaq islahatları, xüsusi mülkiyyətin yaradılması və özəlləşdirmə prosesləri, monetar siyasət, xarici-iqtisadi siyasət, makroiqtisadi göstəricilərin hazırkı statistikası, ümumilikdə son illərdə milli iqtisadiyyatın inkişaf xronologiyasından danışıb.
Növbəti məruzə ilə kafedranın dosenti Ələddin Hacılı çıxış edərək, ölkəmizdə müstəqilliyin qorunmasının vacibliyindən söz açıb. Məruzəçi qeyri-neft sektorunun əsas inkişaf istiqamətləri və bu sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsinin zəruriliyi haqqında məlumat verib.

Tehsil-press.az

Oxşar xəbərlər