UNEC-də tədbir: Müstəqillik və Azərbaycanın maliyyə strategiyası modeli

UNEC-də tədbir: Müstəqillik və Azərbaycanın maliyyə strategiyası modeli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müstəqillik və Azərbaycanın maliyyə strategiyası modeli” mövzusunda tədbir keçirilib. Maliyyə və maliyyə institutları kafedrası tərəfindən təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı universitetin tədbirlər planı çərçivəsində keçirilib.
Maliyyə və maliyyə institutları kafedrasının müdiri professor Əvəz Ələkbərov müstəqilliyin bərpasının ilk illərindən söz açaraq, həmin dövrdə respublikada yaranmış ağır şəraitdən, ictimai-siyasi sahədəki qeyri-sabitlikdən danışıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizin sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atdığını bildirib. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu və səmərəli nəticələri barədə məlumat verən kafedra müdiri, bu strategiyanın ölkəmizin sosial-iqtisadi inkişafında, eləcə də maliyyə dayanıqlığındakı rolundan da bəhs edib.
Sonra professor Elnur Sadıqov “Müstəqillik və Azərbaycanın maliyyə strategiyası modeli” mövzusunda çıxış edib. O, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin inamla həyata keçirdiyi maliyyə strategiyasının uzunmüddətli perspektivə hesablandığını və irimiqyaslı məsələlərin həllini özündə ehtiva etdiyini vurğulayıb.
Tədbir mövzuya dair çıxışlarla davam edib. Çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sayəsində ölkənin durmadan artan maliyyə imkanlarından, beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələrdən, makroiqtisadi inkişafın dayanıqlığını təmin edən amillərdən danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər