AzTU-nun layihəsi respublika elmi-yaradıcılıq müsabiqəsində qalib olub

AzTU-nun layihəsi respublika elmi-yaradıcılıq müsabiqəsində qalib olub Azərbaycan Texniki Universitetinin (AzTU) layihəsi “İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində qalib olub.
AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının əməkdaşlarının müsabiqəyə təqdim etdikləri “Elektromobillərin məsafədən qidalandırılması” layihəsi 15 qalib layihədən biri olub. Bu layihə ən uğurlu 3 ideyadan biri olaraq diploma layiq görülüb. Diplom layihə üzrə koordinator, Radiotexnika və telekommunikasiya kafedrasının baş müəllimi Məhiş Məhərrəmzadəyə təqdim olunub.
Qeyd edək ki, “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” mövzuları üzrə təşkil edilən müsabiqə layihələrinin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər