Azərbaycan Texniki Universitetində “Startap günləri” başa çatıb

Azərbaycan Texniki Universitetində “Startap günləri” başa çatıb Azərbaycan Texniki Universitetində (AzTU) “Startap günləri” başa çatıb. Rektor vəzifəsini icra edən Xalıq Yahudov gənclərin layihələri ilə tanış olub və onlara uğurlar arzulayıb.
“Startap günləri”nin sonuncu günündə gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib.
Daha sonra komandalar biznes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlayaraq təqdim ediblər. Günün sonunda münsiflərin səsverməsi ilə 5 layihədən 3-ü bəyənilib və qalib komandalar müəyyən edilib.
Birinci yeri “Aqrostari”, ikinci yeri “Tələbə inkişaf klubu”, üçüncü yeri isə “Erkən xəbərdarlıq sistemi” komandası tutub.
Qalib komandalara diplom və hədiyyələr verilib.

AzTU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər