ADNSU-nun “Su dronu” layihəsi Ukraynada keçirilən festivalda mükafata layiq görülüb

ADNSU-nun “Su dronu” layihəsi Ukraynada keçirilən festivalda mükafata layiq görülüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi “Sikorski Çellenc 2021” (Sikorsky Challenge) startap festivalında iştirak edib.
Ukraynada keçirilən festivalda bu ali məktəbin "Eazi Start" Startap və İnnovasiya Mərkəzi 4 layihə təqdim edib. Layihələrin 3-ü təqdimat şəklində, biri isə stend şəklində təqdim olunub. ADNSU-nun “Su dronu” layihəsi yüksək texnologiyalar bölməsində ən yaxşı ideya mükafatına layiq görülüb. “UManage” layihəsi isə uğurlu təqdimatdan sonra bir sıra əcnəbi şirkət nümayəndələri və investorlar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, dördgünlük festivala 6 bölmə üzrə 300-dən çox layihə təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər