Bu universitetdə yoluxma qeydə alındı, qruplar distant təhsilə keçirildi

Bu universitetdə yoluxma qeydə alındı, qruplar distant təhsilə keçirildi Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 tələbə koronavirusa yoluxub. Bu səbəbdən universitetdə 2 qrupda dərslər distant formaya keçirilib.
Yoluxma halı ötən həftənin sonlarında aşkarlanıb və bu həftədən etibarən 14 gün ərzində tələbələr dərslərini distant formada davam edəcəklər.
Qeyd edək ki, sentyabrın 29-dan etibarən Azərbaycanda ali təhsil müəssisələrində tədrisə başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər