Respublika üzrə 19 şagird koronavirusa yoluxub

Respublika üzrə 19 şagird koronavirusa yoluxub Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatlar açıqlanıb.
Sentyabrın 24-də 94 şagirdin, 2 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 19 şagird, 3 nəfər işçi heyət isə koronavirusa yoluxub. Virusa yoluxma hallarına görə 3 sinifdə tədris distant formaya keçirilib. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 9-a çatıb.
Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər