
Onlar türk və Azərbaycan döyüşçülərinin adı həkk edilmiş 1130 mərmər lövhənin yenilənməsi işi ilə məşğuldurlar. Bunu Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş türk şəhidlərinin xatirəsinə ehtiram nümunəsi və vəfa borcu olduğunu qeyd edən tələbələr bu işə çox qısa zamanda başlamalarına baxmayaraq, önəmli yol qət etdiklərini vurğulayıblar. Bərpa işinin oktyabrın 29-dək bitəcəyi bildirilir.
Tələbələrlə görüşən qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağcı onların işi ilə tanış olub, tövsiyələrini verib və təşəkkürünü bildirib. Cahit Bağcı özünün sosial şəbəkə hesabında bu haqda paylaşım edib. Paylaşımda deyilir: “Bakı Türk Şəhidliyimizə qulluq edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə, gənclərimizə təşəkkürlərimizi bildiririk. Qafqaz İslam Ordusunun qəhrəman övladları, əziz şəhidlərimiz qardaşlarımıza əmanətdir. Ruhları şad olsun! Tək millət, iki dövlət”.
Qeyd edək ki, “Türk şəhidliyi” abidəsinin bərpası işində yaxından iştirak edən müəllim və tələbələr ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunacaqlar.
Tehsil-press.az