
Konfransın keçirilməsində məqsəd fizika və əlaqəli elm sahələrində yeni prioritet istiqamətləri aşkara çıxarmaq, innovativ və tətbiqi xarakterli istiqamətləri müəyyənləşdirmək, beynəlxalq səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqatların nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.
Beynəlxalq tədbirdə Azərbaycan, həmçinin Türkiyə, Rusiya, İtaliya, Macarıstan, ABŞ, Pakistan, Özbəkistan, Ukrayna, Çin, Gürcüstan və Belçikadan olan tanınmış alimlərin məruzələri dinləniləcək. Konfransın materialları “Web of Science” bazasına daxil ediləcək. Məruzəçilər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da olacaq. Konfransda nəzəri və yüksək enerjilər fizikası, biofizika, kodensə olunmuş hal fizikası, materialşünaslıq və maddə mühəndisliyi, kosmos elmləri və astrofizika istiqamətləri üzrə məruzələr dinləniləcək.
Tehsil-press.az