
Bunu dekabrın 17-də Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ilə bağlı təntənəli mərasimdə rektor Cəfər Cəfərov bildirib.
Rektor deyib: “Son 100 ildə ADPU-nu 160 mindən çox tələbə bitirib ki, onlar da istər təhsil sferasında, istərsə də çalışdıqları digər sahələrdə Azərbaycanın ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər. Ümumiyyətlə, bu gün elə bir təhsil müəssisəsi, elmi idarə, təşkilat və ya təhsillə bağlı QHT yoxdur ki, orada Pedaqoji Universitetin məzunları çalışmasınlar. Universitetimizin yetirmələri həm də müxtəlif dövlət orqanlarında, nazirlik, komitə və agentliklərdə, yerli icra hakimiyyətlərində, güc strukturlarında, özəl qurumlarda uğurla fəaliyyət göstərirlər”.
Tehsil-press.az