
Bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib:
“Məhkəmə istintaqın vəsatətini təmin edib və İ.R.-nin barəsində həbs-qətimkan tədbiri seçilib. Artıq rektora müvafiq maddə ilə ittiham irəli sürülüb”.
Məlumata görə, Qafurov istintaqa muzdla adam öldürməyə təhrik maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qafurov bir neçə il əvvəl Tatarıstanda baş vermiş qətldə əli olmaqda şübhəli bilindiyi üçün Kazanda saxlanılıb. Yerli mətbuatın yazdığına görə, rektorun regional mütəşəkkil cinayətkar qruplardan birinin fəaliyyətində əli olması güman edilir.
Tehsil-press.az