
S.Yalçın türk dillərinin fonetik quruluşunun inkişaf tarixi, qədim dövrlərdən başlayaraq baş verən səs dəyişmələri haqqında məlumat verib, müasir türk dillərində rast gəlinən fonetik qanun və hadisələrin əsas özəlliklərindən, ayrı-ayrı türkcələrdə səs fərqliliklərini ortaya çıxaran mühüm amillərdən bəhs edib.
Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Türkologiya kafedrasının əməkdaşları professor Məhərrəm Məmmədli və dosent Qızılgül Abdullayeva, Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda S.Yalçına təşəkkürnamə təqdim olunub.
Tehsil-press.az