BDU-da Əlişir Nəvainin 580 illik yubileyinə həsr edilən elmi seminar

BDU-da Əlişir Nəvainin 580 illik yubileyinə həsr edilən elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Əlişir Nəvai – 580” adlı elmi seminar olub.
Tədbirdə Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəli Azərbaycanda Nəvai irsinin tədqiqi və əsərlərinin dilimizə tərcüməsində filologiya elmlər doktoru Ramiz Əskərin rolundan danışıb.
Sonra Türkologiya kafedrasının müdiri, filologiya elmlər doktoru Ramiz Əskər məruzə ilə çıxış edib. O, Nəvainin yaşadığı dövrün ictimai-siyasi və ədəbi-mədəni mühitindən, onun həyat və yaradıcılığından, dil-üslub xüsusiyyətlərindən və müasir türk dövlətlərində şairlə bağlı aparılan tədqiqatlardan bəhs edib.
R.Əskər Nizami ənənələrini davam etdirən Nəvai yaradıcılığının əhəmiyyətini vurğulayıb.
Sonra Türkologiya kafedrasının əməkdaşları professor Firuzə Ağayeva, dosent İslam Vəliyev, magistrantlar Bəsti Səttarova, Aytən Şamilovanın mövzu ilə bağlı çıxışları dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər