Məşhur Boqdanoff qardaşlarından biri dünyasını dəyişdi

Məşhur Boqdanoff qardaşlarından biri dünyasını dəyişdi Məşhur əkiz Boqdanoff qardaşlarından biri – Qrişka Boqdanoff 72 yaşında Fransada dünyasını dəyişib.
Bu barədə xarici kanallardan biri məlumat yayıb.
Atası Rusiyada anadan olan Boqdanoff qardaşları 1970-ci illərdə Fransada populyar elmi proqramların aparıcısı kimi tanınmağa başlayıblar. Qrişka və İqor 1949-cu Jer departamentində tatar əsilli rus rəssamı Yuri Mixayloviç Ostasenko-Boqdanov və Mariya Dolores Françiska Kolovrat-Krakovskayanın ailəsində anadan olublar. Qardaşların əsl adları İqor və Qriqoridir.
1979-cu ildə Boqdanofflar ilk elmi-fantastik proqramı "Time X" (Temps X) hazırlayıblar. Onlar həmçinin “Dördüncü Ölçü” (Quatrième Dimension), “Məhkum” (Prisonnier), “İşğalçılar” (Envahisseurs) və s. verilişləri aparıblar.
Onlar çoxsaylı plastik əməliyyatları ilə məşhurdurlar.

Tehsil-press.az


Oxşar xəbərlər