
Bu barədə onun adını daşıyan Biomüxtəliflik Fondu məlumat yayıb. Bildirilir ki, Uilson dekabrın 26-da Berlinqtonda vəfat edib.
Qeyd edək ki, Harvard Universitetində dərs deyən Uilsonu “Darvinin varisi” və ya “21-ci əsr Darvini” adlandırırlar. O, xüsusən də qarışqalar üzrə dünyanın ən böyük mütəxəssislərindən biri idi (400-dən çox qarışqa növünü kəşf etmiş və tədqiqat aparıb). Uilson 1995-ci ildə “Time” tərəfindən 25 ən nüfuzlu amerikalıdan biri, 2005-ci ildə “Foreign Policy” jurnalı tərəfindən dünyanın ən yaxşı 100 ziyalısından biri seçilib.
Tehsil-press.az