OPEC-ə yeni baş katib seçildi

OPEC-ə yeni baş katib seçildi OPEC ölkələrinin nazirləri xüsusi videokonfrans vasitəsi ilə Küveytdən olan Haysam əl-Qaysı 2022-ci ilin avqustundan OPEC-in baş katibi vəzifəsinə seçiblər.
Əl-Qays bu postda nigeriyalı Məhəmməd Barkindonu əvəzləyəcək. Sonuncu bu vəzifəyə 2016-cı ildə təyin olunub. Onun ikinci səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır. OPEC-in nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.
Qeyd edək ki, Haysam əl-Qays bu posta yeganə namizəd idi. San-Fransisko Universitetinin məzunu olan yeni baş katib neft şirkətlərində və Küveytin Xarici İşlər nazirliyində çalışıb. O, 6 dildə sərbəst danışır.

Tehsil-press.az

Oxşar xəbərlər