
Aqtöbe şəhərində polis əməkdaşları aksiya iştirakçılarının tərəfinə keçib və aksiyanı dağıtmağı dayandırıblar.
Eyni zamanda, avtobus sürücüləri də aksiyaya qoşulub və küçələri nəqliyyat vasitələri ilə bağlayıblar.
“Протесты в мире” (Dünyada etirazlar) teleqram kanalının məlumatına görə, etirazçılar Almatı vilayətinin hökumət binasını ələ keçiriblər.
Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.
Tehsil-press.az