İlahiyyat İnstitutunda payız semestrinin imtahan sessiyası uğurla davam edir

İlahiyyat İnstitutunda payız semestrinin imtahan sessiyası uğurla davam edir Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.
Yanvarın 27-dək davam edəcək imtahanlarda ümumilikdə 277 tələbə iştirak edəcək. Onlardan Aİİ-nin İlahiyyat fakültəsinin dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil alan 142 nəfər I və II kurs tələbəsi imtahanlarda iştirak edib.
Tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər