Azərbaycan İlahiyyat İnstitutunda imtahan sessiyası davam edir

Azərbaycan İlahiyyat İnstitutunda imtahan sessiyası davam edir Azərbaycan İlahiyyat İnstitutunda 2020/2021-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası davam edir.
Dörd həftə davam edəcək sessiya təsdiqlənmiş imtahan cədvəlinə uyğun olaraq “Microsoft Teams” platforması üzərindən onlayn qaydada əsasən şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçirilir.
Qeyd edək ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində qərargah və onun nəzdində apelyasiya komissiyası yaradılıb. İmtahanların gedişatına müvafiq kafedralar, dekanlıq və tədris şöbəsi nəzarət edir.

Tehsil-press.az

Oxşar xəbərlər