İlahiyyat İnstitutunda qış imtahan sessiyası başlanıb

İlahiyyat İnstitutunda qış imtahan sessiyası başlanıb Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası başlanıb. Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq iki növbədə təşkil olunub.
İmtahanlar əyani formada yazılı, zəruri hallarda isə şifahi formada keçiriləcək.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb.
İmtahanların keçirilməsi zamanı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət edilir.

Tehsil-press.az


Oxşar xəbərlər