Bosniya və Herseqovina üç ölkəyə nota verib

Bosniya və Herseqovina üç ölkəyə nota verib Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç Banya Luka şəhərində qeyd edilən 9 yanvar - Serb Respublikası Günü ilə bağlı tədbirdə iştirak etmək üçün nümayəndə göndərən Rusiya, Çin və Serbiyaya diplomatik nota verildiyini açıqlayıb.
Nazir Rusiya, Çin və Serbiyaya verilən notada bu kimi tədbirlərdə rəsmi iştirakın Bosniya və Herseqovinanın daxili işlərinə ağır müdaxilə olduğunun vurğulandığını deyib.
Notada Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsinin rəsmi qəzetdə dərc olunmuş müvafiq qərarı yer alıb və bu kimi hərəkətlərin Bosniya və Herseqovina ilə ikitərəfli əlaqələri poza biləcəyi vurğulanıb.
Xatırladaq ki, Bosniya və Herseqovinanın Banya Luka şəhərində konstitusiyaya zidd olmasına baxmayaraq, 9 Yanvar – Serb Respublikası Günü qeyd edilib. Tədbirdə Serbiya parlamentinin spikeri İvitsa Daçiç və Serbiyanın Baş naziri Ana Brbaniç, eləcə də Rusiya və Çinin Bosniya və Herseqovinadakı səfirləri iştirak ediblər.
Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsi 2015-ci ildə Serb Respublikası Gününü konstitusiyaya zidd elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər