Rusiyada koronavirus pandemiyasının yeni sıçrayışı gözlənilir

Rusiyada koronavirus pandemiyasının yeni sıçrayışı gözlənilir Rusiyada koronavirusun “omikron” ştamının yayılması ilə bağlı tam loktaun olacağı gözlənilmir.
Bu barədə jurnalistlərə Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin sədri Dmitri Xubezov məlumat verib. Onun sözlərinə görə, ölkə səhiyyəsi gündəlik 40 minədək yoluxma ilə mübarizə aparmaq iqtidarındadır. Lakin yoluxma 40 mindən dəfələrlə artıq olarsa, total lokdaun barədə danışmaq olar.
Rusiyada yanvarın sonları və fevral ayında COVID-19 xəstəliyinə yoluxmanın artacağı gözlənilir. Mütəxəssislərin fikrincə, xəstəlik, Avropada olduğu kimi, yenidən sürətlə yayılmağa başlayacaq.
Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirilən müşavirədə pandemiyanın yeni sıçrayışına təxminən iki həftə qaldığını qeyd edib. Ölkədə koronavirusun “omikron” ştamı artıq ötən ilin sonlarından yayılmağa başlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər