Pekində “Avrasiya gənc liderlərinin dialoqu” adlı videokonfrans keçirilib

Pekində “Avrasiya gənc liderlərinin dialoqu” adlı videokonfrans keçirilib Pekində “Avrasiya gənc liderlərinin dialoqu” adlı videokonfrans keçirilib.
Şanxay Əməkdaşlıq Təşkilatı və “China Daily” agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “Azərbaycan-Çin Məzunları Assosiasiyası” İctimai Birliyi də iştirak edib.
Tədbirdə Pekin Qış Olimpiya Oyunları öncəsi Rusiya, Qazaxıstan, Çin, Özbəkistan, Türkiyə və digər region ölkələrinin gənc liderlərinin fikirləri dinlənilib. Tədbirdə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının baş katibi Orduxan Qəhrəmanzadə və “Azərbaycan-Çin Məzunları Assosiasiyası” İctimai Birliyinin sədri Hikmət Zeynallı təmsil ediblər.
Konfransda Azərbaycan haqqında videomaterial təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər