BDU-nun dekanı beynəlxalq konfransda təqdimatla çıxış edib

BDU-nun dekanı beynəlxalq konfransda təqdimatla çıxış edib Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Əliyev türkdilli ölkələrin gənc alimlərinin “Elbası - türk inteqrasiyasının memarı” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfransında iştirak edib.
Konfransda filologiya elmləri doktoru Vüqar Əliyevin “Vahid türk informasiya məkanının formalaşdırılması və mövcud təhdidlər” mövzusunda təqdimatı dinlənilib.
Qeyd edək ki, Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü və 1 dekabr - Birinci Prezident Günü çərçivəsində təşkil olunan konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Tatarıstan (Rusiya), Başqırdıstan (Rusiya), Qırğızıstan, Özbəkistan və Monqolustandan tanınmış elm adamları iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər