
Müsabiqənin məqsədi aşpaz köməkçisi peşə ixtisası üzrə təhsil alan şagirdlərin praktiki biliklərinin inkişaf etdirilməsi, komanda işinə uyğunlaşdırılması və nəzəri biliklərinin praktikada tətbiqi olub.
Müsabiqədə Hacıqabul rayon 5 saylı tam orta məktəbin “Dragon cooks”, Salyan rayon Sarvan kənd tam orta məktəbin “Little cooks”, Neftçala rayon Xıllı qəsəbə 1 saylı tam orta məktəbin “Sarıoğlu cooks”, Bakı şəhər 208 saylı tam orta məktəbin “Bakılı” komandaları iştirak edib. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerə “Sarıoğlu cooks”, 2-ci yerə “Little cooks”, 3-cü yerə isə “Dragon cooks” komandası layiq görülüb.
Tehsil-press.az