Paytaxt məktəbliləri arasında intellektual oyunun ilk mərhələsinə start verilib

Paytaxt məktəbliləri arasında intellektual oyunun ilk mərhələsinə start verilib 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar paytaxt məktəbliləri arasında “Nə? Harada? Nə zaman” intellektual oyunu keçirilib.
Bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlara özünüifadə vərdişlərini aşılamaqdır.
Xəzər rayonu üzrə IX-XI sinif şagirdləri arasında keçirilən yarışa 23 məktəbdən 115 iştirakçı qatılıb.
İntellektual oyunun nəticələrinə əsasən, 121 nömrəli tam orta məktəbin komandası I, 234 nömrəli tam orta məktəbin komandası II, 322 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Bundan başqa, 241 nömrəli tam orta məktəbin komandası həvəsləndirici mükafata layiq görülüb.
Qalib komandalar diplomla mükafatlandırılıb.
Yarışda ilk iki yeri tutan komandalar Bakı şəhər mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq reallaşdırılan tədbirlər çərçivəsində keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər