Yapon alimlər geyim üçün antimikrob örtük hazırlayıblar

Yapon alimlər geyim üçün antimikrob örtük hazırlayıblar Tokio Universitetinin Ali Mühəndislik Məktəbinin tədqiqatçıları geyim üçün antimikrob vasitə hazırlayıblar.
Bu barədə phys.org saytı məlumat yayıb. Bildirilir ki, gümüş əsasında hazırlanan örtüyə Ag/TA adı verilib. Tərkibin geyim üzərində qalması üçün polifenollardan istifadə edilib. Şəffaf rəngdə olan örtük parçanın tərkibinə təsir etmir və yuyulma zamanı həll olmur.
Qeyd edilir ki, alimlər örtüyün geyimin üzərində qalmasının iki yolunu təklif edirlər. Bunlardan birincisi sənaye üsulu parçanın tərkibdə isladılmasını nəzərdə tutur. İkinci üsul isə tərkibin evdə geyimin üzərinə çəkilməsini təklif edir.
Tədqiqatçıların bildirdiyinə görə, antimikrob tərkib hətta on dəfə yuyulmadan sonra belə öz təsirini saxlayır. Yeni tətbiqin xüsusən steril şəraitin tələb edildiyi xəstəxanalarda istifadə olunması tövsiyə edilir.

Tehsil-press.az


Oxşar xəbərlər