Memarlıq və İnşaat Universitetində dərslər hibrid formada təşkil ediləcək

Memarlıq və İnşaat Universitetində dərslər hibrid formada təşkil ediləcək Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ikinci semestrin dərsləri başlanır.
Payız semestrində olduğu kimi, dərslər hibrid formada keçiriləcək. Universitet rektorluğunun dünən keçirilən iclasında bu barədə qərar qəbul olunub. Qərara əsasən, 2021/2022-ci tədris ilinin yaz semestrinin dərsləri 30 faiz onlayn, 70 faiz ənənəvi qaydada təşkil olunacaq. Belə ki, mühazirə dərsləri onlayn, praktik dərslər, laboratoriya dərsləri, seminarlar oflayn formada keçiriləcək. Dərslərdə tələbələr arasında ara məsafəsinin gözlənilməsi, maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə və s. qaydalara ciddi əməl olunacaq.
Tədris prosesinin koronavirus pandemiyasının şərtlərinə uyğun olaraq təşkili məsələsi də universitet rəhbərliyinin diqqətindədir. Bu gündən etibarən universitetin bütün tədris korpusları, auditoriyalar, laboratoriyalar, dəhlizlər, bufetlər dezinfeksiya olunur, korpuslarda divarlardan dezinfeksiyaedici məhlullar, yeni məlumatlandırıcı lövhələr asılır.

Tehsil-press.az


Oxşar xəbərlər