“Gələcəyə baxış” Avrasiya Patent Universiadasına müraciətlər qəbul olunur

“Gələcəyə baxış” Avrasiya Patent Universiadasına müraciətlər qəbul olunur Avrasiya Patent İdarəsi (APİ) tərəfindən növbəti “Gələcəyə baxış” Avrasiya Patent Universiadası keçirilir.
2022-ci ildə bilik yarışması ““Yarat! İxtira et! Təəccübləndir!” devizi altında təşkil olunur.
Universiada iki yaş kateqoriyası üzrə yaradıcılıq işləri (elmi-texniki yaradıcılığın nəticələrini əks etdirən işlər) və yaradıcı layihələr (sənaye nümunəsi sahəsində orijinal həlləri üzə çıxaran layihələr) müsabiqəsi formasında keçirilir:
1-ci yaş kateqoriyası - 10 yaşdan 17 yaşa qədər;
2-ci yaş kateqoriyası - 18 yaşdan 25 yaşa qədər.
Yaradıcılıq işlərinin Avrasiya Patent İdarəsinə göndərilməsi üçün son tarix: 30 aprel 2022-ci il.
Universiadanın nəticələri 2022-ci il mayın 31-dək açıqlanacaq.
Yarışmanın qalibləri və mükafatçıları APİ-nin “Gələcəyə baxış” medalı və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Universiada ilə bağlı daha ətraflı məlumatı Avrasiya Patent Təşkilatının internet səhifəsindən əldə etmək mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər