Bakı Dövlət Universitetinin tələbələri Biofizika İnstitutunda təcrübədə

Bakı Dövlət Universitetinin tələbələri Biofizika İnstitutunda təcrübədə Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutu ilə Bakı Dövlət Universiteti arasındakı əməkdaşlıq müqaviləsinə əsasən universitetin biologiya fakültəsinin bir qrup tələbəsi institutda təcrübəyə başlayıb.
İlk tanışlıq günündə tələbələrə elmi müəssisənin strukturu, yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, institut laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə geniş məlumat verilib. İki ay davam edəcək təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, institutun elmi işçiləri ilə birgə tədqiqat aparacaq və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.
Hazırda 10 nəfərdən ibarət tələbə heyəti iki ayrı qrup şəklində müasir avadanlıqlarla təchiz olunan laboratoriyalarda istifadə olunan cihazların iş prinsipləri və aparılan elmi tədqiqatlarla yaxından tanış olurlar.
Qeyd edək ki, təcrübə müddəti aprelin 19-da yekunlaşacaq.

Tehsil-press.az


Oxşar xəbərlər