İlahiyyat İnstitutunun rektoru təcrübə keçəcək tələbələrlə görüşüb

İlahiyyat İnstitutunun rektoru təcrübə keçəcək tələbələrlə görüşüb Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) IV kurs tələbələrindən bir qrupu məscidlərdə təcrübə keçəcək.
Təcrübə keçəcək tələbələrlə görüşən Aİİ-nin rektoru Aqil Şirinov onlara uğurlar arzulayıb. Rektor əsas məqsədin yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, Vətənini sevən mütəxəssislər hazırlamaq olduğunu qeyd edib.
A.Şirinov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edib. Tələbələrə tövsiyələrini verən rektor onları təhsildə nailiyyətlər əldə etməyə çağırıb.
Aİİ tələbələrinin təcrübələri bu il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və məscidlərdə təşkil olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər