Azərbaycan İlahiyyat İnstitutunun birinci kurs tələbələri ilə onlayn görüş

Azərbaycan İlahiyyat İnstitutunun birinci kurs tələbələri ilə onlayn görüş Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov birinci kurs tələbələri ilə onlayn görüş keçirib.
Rektor tələbələri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Böyük Qələbə münasibətilə təbrik edib. Rektor bu qələbənin şəhidlərimizin və qazilərimizin qanı-canı bahasına əldə edildiyini vurğulayıb, müqəddəs Qurani-Kərimin “Bəqərə” surəsinin 154-cü ayəsinə diqqət çəkib.
Sonra Aİİ rəhbəri koronavirus pandemiyasından danışaraq bildirib ki, Qarabağda ön cəbhədə görünən düşmənlə mübarizə apardıq, amma görünməyən düşmənlə mübarizəmiz davam edir. Rektor tələbələri pandemiya dövründə qaydalara riayət etməyə çağırıb.
A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunda müəllim-tələbə münasibətlərindən də bəhs edib: “Təkcə müəllimlər deyil, digər əməkdaşlarımız da tələbələrlə ünsiyyət qurur, onların problemləri ilə maraqlanırlar”. İslamşünaslıq və dinşünaslıq ixtisasları üzrə yetişəcək tələbələrə tövsiyələrini verən rektor onlara dərslərə ciddi yanaşmağı, distant təhsildən yararlanmağı tövsiyə edib. O, daha sonra tədris olunan xarici dillər barədə ətraflı məlumat verib.
Görüş tələbələrin sual-cavabı ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər