BDU-da elmi seminar: Əli bəy Hüseynzadə irsinin biblioqrafik tədqiqi

BDU-da elmi seminar: Əli bəy Hüseynzadə irsinin biblioqrafik tədqiqi Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Əli bəy Hüseynzadə irsinin biblioqrafik tədqiqi” mövzusunda elmi seminar olub.
Seminarda Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi Vəzufə Xudiyeva mövzu ilə bağlı məruzə edib. Tədqiqatçı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əli bəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini xatırladıb.
Bildirilib ki, Əli bəy Hüseynzadə irsi nəşr olunmuş 168 məqalə, 19 kitab, 16 rəsm əsəri və 115 əlyazmadan ibarətdir.
Məruzədə, həmçinin Əli bəy Hüseynzadənin həyatı və fəaliyyəti haqqında kitab, məqalə və tədqiqat işləri barədə ətraflı məlumat verilib, elektron resurslar diqqətə çatdırılıb.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər