Akademik Pərviz Məmmədovun elmi fəaliyyətinə dair “Biblioqrafik göstərici”nin təqdimatı olub

Akademik Pərviz Məmmədovun elmi fəaliyyətinə dair “Biblioqrafik göstərici”nin təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində geologiya-mineralogiya üzrə elmlər doktoru, akademik Pərviz Məmmədovun elmi və ictimai fəaliyyətinə həsr edilən “Biblioqrafik göstərici”nin təqdimat mərasimi olub.
Mərasimdə Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova ali təhsil müəssisələrinin apardığı tədris, elmi tədqiqat işlərinə kömək məqsədilə biblioqrafik göstəricilərin hazırlanmasının əhəmiyyətindən danışıb.
Geologiya fakültəsinin dekanı, dosent Nemət Paşayev və digər çıxış edənlər təqdim olunan “Biblioqrafik göstərici”nin geologiya sahəsində çalışan alimlər, mütəxəssislər və tələbələr üçün dəyərli vəsait olduğunu vurğulayıblar.
“Biblioqrafik göstərici” Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova və əməkdaşı Ruhanə Qasımova tərəfindən Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

Tehsil-press.az



Oxşar xəbərlər