Kraliça II Elizabet bundan sonra Vindzor qalasında yaşayacaq

Kraliça II Elizabet bundan sonra Vindzor qalasında yaşayacaq Böyük Britaniya Kraliçası II Elizabet bundan sonra Vindzor qalasında yaşayacaq.
COVID-19-a qalib gələn 95 yaşlı Kraliça II Elizabetin artıq Bukinqem sarayında deyil, minillik Vindzor qalasında yaşayacağı açıqlanıb.
Buna səbəb kimi 1837-ci ildən bəri monarxiyanın rəsmi iqamətgahı olan Bukinqem sarayında aparılan təmir işləri göstərilib.
Belə ki, sarayın bəzi texniki sistemlərinin təmiri ilə əlaqədar 10 il müddətində təmirə bağlanılacağı elan olunub. Buna görə də Kraliça üçün Vindzorda yaşamaq onu nəinki tikintidən uzaqlaşdıracaq, həm də səhhətində yaranan problemlərə görə dayandırdığı iş sisteminə qayıtmağına imkan yaradacaq.
Digər tərəfdən, kral ailəsi gələcəkdə Bukinqem sarayı və digər mülkləri ictimaiyyət üçün daha əlçatan etməyi planlaşdırır.
Qeyd edək ki, saray 1703-cü ildə Bukinqem hersoqu üçün tikilib. Bukinqem sarayı 1762-ci ildə Böyük Britaniya Kralı III Georq tərəfindən kralın gələcəkdəki şəxsi iqamətgahı olması üçün satın alınıb. Saray Kraliça Viktoriyanın 1837-ci ildə taxta çıxması ilə Britaniya monarxlarının baş iqamətgahı elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər